Unibank Premyer Liqasından ABŞ-a!
07.04.2010 - 12:25
“Bakı” klubunun hücumçusu Alan Vanqa Keniya yığmasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasında debüt edən 25 yaşlı hücumçu növbəti dəfə çağırıldığı yığmasının heyətində ABŞ-ın Detroyt şəhərində təşkil olunacaq beynəlxalq turnirə qatılacaq.
Yarışda Keniya ilə yanaşı, Puerto-Rika, Malayziya, Nigeriya və Qana milliləri mübarizə aparacaq. Mayın 20-dən 23-dək keçiriləcək turnirin açılış oyununda Malayziya və Puerto-Rika görüşəcək. İki gün sonra isə Vanqanın komandası yarımfinalda Londonun “Çelsi” klubunun futbolçusu Mihael Essyenin lideri olduğu Qana yığması ilə görüşəcək. Final və 3-cü yer uğrunda oyunlar mayın 23-də keçiriləcək.
Vanqa klubunun rəsmi saytına açıqlamasında yığma perspektivi haqda da danışıb: “Keniya yığması mənim doğma komandamdır. Mənə ehtiyac duyulan anda həmişə ölkəmin formasını fəxrlə geyinirəm. Milli komandada oynamaq başqa bir qürur mənbəyidir”.

- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
0
0