Qyoko Hacıyevski “Simurq”un baş məşqçisi olacaq! - YENİLƏNİB
07.04.2010 - 17:01
“Bakı” klubunun sabiq baş məşqçisi Qyoko Hacıyevski yenidən Azərbaycanda çalışacaq. Apasport.az saytının məlumatına görə, makedoniyalı çalışdırıcı Zaqatalanın “Simurq” komandasının icraçı-direktoru postuna təyin olunub. Hacıyevski bu gün müqavilə bağlamaqla, yeni klubda fəaliyyətinə başlayıb.
Hacıyevskinin son iş yeri Kiprin “Atromitos” klubunun baş məşqçi postu olub. O, ötən ilin sentyabrında “Bakı”da istefaya göndərildikdən sonra bir müddət klubda məsləhətçi kimi çalışdı.
Lakin Hacıyevskinin icraçı-direktor vəzifəsindəki işi də müvəqqəti olacaq. Apasport.az-ın əldə etdiyi məlumata görə, makedoniyalı yalnız mövsümün sonuna kimi bu vəzifəni icra edəcək. Kluba baş məşqçi kimi gəlməyə razılıq verən mütəxəssis həmkarı Roman Pokora hələ istefaya göndərilmədiyi üçün çempionatın son 6 turunu başqa işlə məşğul olmağa da məcbur olub.
Xatırladaq ki, klub rəhbərliyi rəsmən bəyan etmişdi ki, mövsüm bitən kimi indiki baş məşqçi Roman Pokora istefaya göndəriləcək. Artıq indidən ona əvəzləyici tapan zaqatalalılar dəyişikliyin rəsmiləşməsi üçün ay yarım gözləməyə qərar verib.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0