“Neftçi”, “Qarabağ” və “Bakı” böhran keçirir, bundan istifadə etməliyik”
07.04.2010 - 15:16
“Zədəm tam sağalıb. Özümü oyuna hazır hiss edirəm. Baş məşqçimiz şans verəcəyi təqdirdə oynayacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun kapitanı Kənan Kərimov deyib.
Unibank Premyer Liqasının XX turunda “Bakı” ilə səfərdəki görüşün 23-cü dəqiqəsində zədələnərək yerini Kristian Torresə verən hücumçu son 6 oyunda komandasına kömək edə bilməyib. Kərimov “Qəbələ”nin son görüşlərdə əldə etdiyi nəticələrdən də danışaraq, ilk “altılığ”a təsadüfü düşmədiklərini bildirib: “Çoxları bizim ilk “altılıq”a təsadüfü düşdüyümüzü deyir. Ancaq sübut etdik ki, bu heç də belə deyil. Düzdür, çempionatın final mərhələsinə başlayanda ən az şans bizdə idi. Bizdən üst pillələrdəki “Qarabağ”, “Bakı” və “Neftçi”nin uğursuz çıxışından istifadə edib, xal fərqini azaltdıq. Çempionluq yarışından uzaq qalsaq da, avrokuboklara vəsiqə qazanmaq şansımız yüksəkdir”.
Kapitan həftəsonu doğma meydanda qarşılaşacaqları “İnter”i üstələyib, uğurlu seriyanı davam etdirəcəklərinə inandığını deyib: “Qarabağ”, “Bakı” və “Neftçi” böhran keçirir, bundan istifadə edib, üst pillələrə yüksəlməliyik. Düzdür, bu heç də asan olmayacaq. Çünki həftəsonu çempionatın liderinə qarşı oynayacağıq. Hansı ki, cari mövsümdə “İnter”i məğlub edə bilməmişik. Evdə keçirəcəyimiz oyunda azarkeşlərimizin də dəstəyindən yararlanıb, uğurlu seriyanı davam etdirəcəyik”.

0
0