Dünyanın ən böyük stadionu “boğulur”
07.04.2010 - 15:28
Dünyanın ən böyük stadionu “Marakana”nı su basıb. Apasport.az saytının məlumatına görə, güclü leysan yağışları Rio-de-Janeyrodakı möhtəşəm arenanı ağuşuna alıb. Futbol meydançası ilə yanaşı, paltardəyişmə və yardımçı otaqlar da su altında qalıb.
Braziliyada ara verməyən leysan nəticəsində 95 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb. Stadionun yerləşdiyi rayondan axan Marakana çayı daşıb. 1950-ci ildə tikilən “Marakana” DÇ-2014-nün baş arenası olacaq. Yenidən qurulan stadionun tutumu FİFA-nın tövsiyəsindən sonra 200 mindən 82 minədək endirilib.

- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
0
0