Futbol yığmamız Göyçayda
07.04.2010 - 15:40
Qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmanın baş məşqçisi Şamil Heydərov aprelin 13-dən 19-dək keçiriləcək təlim-məşq toplanışında sərəncamında görmək istədiyi xanımların siyahısını müəyyənləşdirib.
O, Göyçay Olimpiya-İdman Kompleksində baş tutacaq hazırlıqlara 19 futbolçu çağırıb. Bunlar Aynur Alməmmədova, Yuliya Larionova, Tamilla Bayramova, Mətanət Cəfərova, Könül Əsədova, Pərvanə Mirzəquliyeva, Tünzalə Süleymanova, Gülnarə Süleymanova, Gülyana Güvəndiyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Anjela Temirova, Nigar Məlikova, Aybəniz Əsgərzadə, Günel Mütəllimova, Sədaqət Vəliyeva, Təhminə Süleymanzadə və Xəyalə Əzizzadədir.

0
0