Arif Əsədov “Neftçi” klubunun transfer siyasətini bəyənmir
07.04.2010 - 16:07
“Turnir cədvəlinə diqqət yetirsək, birinci “altılıq”dakı bütün komandaların çempion olmaq şansının qaldığını görürük. Bizim də şansımız var. Bu imkandan maksimum dərəcədə istifadə etməyə çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Vaqif Sadıqovun baş məşqçi postundan istefa verməsindən sonra onu əvəzləyən gənc çalışdırıcı komandasının son oyunlardakı uğursuz çıxış etməsinə baxmayaraq, çempion olacaqlarına inandığını bildirib: “İnam olmasa, işləməyə dəyməz. Hər bir məşqçi komandasının gücünə inanır. Əgər inanmırsa, gərək o işin qulpundan yapışmasın. Mən buna inanıram. Komandamın gücü də var. Düzdür, bu gün heyətimiz ideal vəziyyətdə deyil. Axsayan mövqelərimiz var”.
Əsədov “Neftçi”nin son oyunlarda qol vura bilməməsinə də aydınlıq gətirərək, futbolçuların səviyyəsindən şikayətlənib: “Bu problemi aradan qaldırmağa çalışırıq. Misal üçün, elə oyunlar olur ki, Neaqanı hücumda oynadıram. Buna rəğmən yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmirik. Məncə, əsas problem futbolçuların fərdi ustalıq səviyyəsi ilə bağlıdır. Mənim verdiyim tapşırıqlar, taktiki gedişlər cərimə meydançasına qədərdir. Cərimə meydançasında iş qalır hücumçunun fərdi bacarığına”.
Baş məşqçi, həmçinin bildirib ki, komandanın oyun üslubuna uyğun olmayan futbolçular transfer edilib: “Neftçi”nin öz stili, oyun üslubu olub və var. Gərək bu oyun üslubuna uyğun oyunçular transfer edilsin. Komandadakı hücumçuların əksəriyyəti atletik futbola üstünlük verirlər. Ancaq biz fərqli oyun nümayiş etdiririk”.

0
0