“Mançester Yunayted” qalib gəlib, mübarizəni dayandırdı
08.04.2010 - 00:36
Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyunlarını sərfəli nəticə ilə başa vuran “İnter” (İtaliya), “Barselona” (İspaniya) “Bavariya” (Almaniya) və “Lion” (Fransa) mübarizəni davam etdirirlər.
Avropanın ən nüfuzlu klub turnirinin ilk yarımfinalçısı Moskvada bəlli olub. Belə ki, Moskvada yerli MOİK-i təkrar qarşılaşmada da 1:0 hesabı ilə məğlub edən “İnter” 7 illik fasilədən sonra ən güclü dörd komanda arasına yüksəlib.
Digər maraqlı oyun Kataloniyada baş tutub. Bir il əvvəlki yarımfinalın iştirakçısı olan “Arsenal” “Nou Kamp” stadionunda “Barselona” ilə görüşdə hesabı açmasına baxmayaraq, fasiləyəcən qapısında 3 top görüb. Meydan sahiblərinin argentinalı legioneri Lionel Messi 22 dəqiqəyə het-trik edərək, matçın qəhrəmanına çevrilib. Hücumameyyli yarımmüdafiəçi ikinci hissədə də fərqlənib. O, 100 min azarkeşin canlı izlədiyi oyunun 88-ci dəqiqəsində daha bir qol vuraraq, pokerini rəsmiləşdirib.
İngiltərədə “Mançester Yunayted”lə “Bavariya”nın görüşündə azarkeşlər 5 qola şahidlik ediblər ki, bunların da dördü ilk yarıda vurulub. 42-ci dəqiqəyədək almanların qapısından 3 top keçirən “qırmızı şeytanlar” yarımfinala yaxın olsalar da, sonda mübarizədən kənarda qalıblar. Gibsonun erkən qolu, Naninin dubl etməsinə baxmayaraq, 44-cü dəqiqədə “Bavariya” Oliçin dəqiq zərbəsi ilə fərqi azaldıb. İkinci hissədə rəqibin azlıqda qalmasından maksimum yararlanan almanlar daha bir qol vurublar. Robbenin “ev tapşırığından” vurduğu mükəmməl zərbə oyunda sonuncu olub – 3:2. Məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsinə - səfərdə vurulan qollara görə “Bavariya” növbəti mərhələyə çıxıb.
Sonuncu qarşılaşmada isə meydan sahibi qələbə qazansa belə, yekunda mübarizədən kənarda qalıb. “Bordo” qəbul etdiyi “Lion”u Şamaxın yeganə qolu ilə üstələsə də, bir həftə əvvəlki qələbə lionluları dörd ən güclü sırasına çıxarıb.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə) - 4:1
QOLLAR: Messi, 21; 37; 42; 88 - Bendtner, 18
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 2:2.
MOİK (Rusiya) – “İnter” (İtaliya) - 0:1
QOL: Sneyder, 6
Baş hakim: Stefan Lannua (Fransa)
Moskva. “Lujniki” stadionu
İlk oyun – 0:1.
“Bordo” (Fransa) – “Lion” (Fransa) - 1:0
QOL: Şamax, 45
Baş hakim: Undiano Malyenko (İspaniya)
Bordo. “Şaban Delma” stadionu.
İlk oyun – 1:3
“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) - 3:2
QOLLAR: Darron Gibson, 3; Nani, 7; 42 - Oliç, 44; Robben, 73
QIRMIZI VƏRƏQƏ: Rafael da Silva, 50 (MY)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 1:2

0
0