“Messi hələ uşaqdır”
07.04.2010 - 16:50
“Messi hələ uşaqdır”
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda 4 qol vuran Lionel Messi özü haqda söhbətlərin artmasına rəvac verib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı argentinalının futbol tarixinin barmaqla sayılan əfsanələri ilə də müqayisəsi davam etməkdədir.

Holland futbolunun tarixinə qızıl hərflərlə adını yazdıran Ruud Qullit isə Messini məşhur həmyerlisi Dieqo Maradona ilə müqayisəyə gəlmədiyini düşünür: “Lionel əvvəlki ilə müqayisədə topla daha yaxşı davranır. İndi onu saxlamaq çətindir. Cəmi 23 yaşı olduğundan hələ balaca uşaqdır. Lakin zəngin təcrübəsi var. Messi hazırda planetin ən yaxşı futbolçusudur və onu topla da, topsuz da izləmək maraqlıdır. Təbii ki, Messi qeyri-adi istedaddır. Lakin məncə Maradona daha yaxşı idi, onun kimisini mən heç vaxt görməmişəm. Lionel ona yaxınlaşa bilib. Bizə Messinin gözəl oyununu izləmək zövq verir. Yalnız ondan qorxuram ki, kobudluq istedadın qarşısını kəssin. Axı futbol həmişə ağır və təhlükəli peşə olub”.

Qeyd edək ki, Qullit 1987-ci ildə dünya və Avropanın ən yaxşı futbolçusu seçilib.