Böyükağa Hacıyev baş məşqçidir, yoxsa kassir?
07.04.2010 - 17:06
“Həqiqətən də, Böyükağa Hacıyevlə aramızda problem olub. Onunla sözlərimiz düz gəlmədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Standard” klubunun məşqçisi Cəlal Məmmədov deyib.
Komandada qapıçılarla işləyən çalışdırıcı bildirib ki, baş məşqçi Böyükağa Hacıyev futbolçu Ramal Hüseynova görə onların qohumlarından əvəz çıxır: “Turan”a 2:3 hesabı ilə uduzduğumuz oyunda buraxılan qolda Ramal günahlandırıldı. Əslində, orada digər müdafiəçilərin – Andrey Kirşul və Vüqar Quliyevin də günahı vardı. Ancaq yalnız Hüseynovu təqsirləndirən baş məşqçi hesab edir ki, futbolçu həmin epizodda rəqibin qol vurmasının qarşısını kobudluqla, qırmızı vərəqə hesabına almalı imiş. Futbolçu bir oyun yaxşı, digərində pis oynaya bilər. Həmin gün Ramalın oyunu alınmadı. Böyükağa müəllim “Turan”la görüşdən dərhal sonra dedi ki, sabah 4 nəfər komandadan gedəcək. Həmin vaxt onun yanında idim. O, mən və Ramalla yanaşı, digər məşqçimiz Zeynalabdin İbrahimovu nəzərdə tuturdu. Bilmədiyimiz 4-cü adam hələ də komandadır. Stadionu tərk etdiyimiz zaman Ramal komandanın avtobusuna yox, bizim maşına mindi. Hacıyev da bunu görən klubun prezidentinin bizi çıxardığını deyir”.
Klubun prezidenti Emin Babayevdən razılığını ifadə edən Məmmədovun fikrincə, qərar baş məşqçiyə məxsusdur: “İnsanları tanımaq olmur. Hacıyev elə düşünürdü ki, biz onun yerinə gəlmək istəyirdik. Axı səni komandaya gətirən, bir yerdə çörək yediyin insana qarşı necə çıxmaq olar? Görsəm ki, Böyükağa müəllimi işindən gedib, özüm komandadan çıxardım. Yaxşı məşqçi futbolçu seçiminə xüsusi diqqət yetirib, zəif olanı götürməz. Ramal yaxşı futbolçudur, uzun müddət zədədən əziyyət çəkib. Mən onu qohumun olduğuna görə müdafiə etmirəm. Qohumluq ayrı, iş ayrı. Ancaq Hüseynovu həqiqətən haqsız yerə komandadan çıxarıb, pulunu vermirlər”.
Məşqdə damarı qırılan Məmmədov nəticədə cərrahiyyə əməliyyatı olunub. O, ayağındakı gipsin 1-2 həftəyə açılacağını bildirib: “Komandada zədələndiyim halda, cərrahiyyə əməliyyatına pul vermədilər. Hacıyev “prezident deyir ki, çek gətir, sonra pul verək” söyləyir. Mən bilirəm ki, prezidentimiz belə deməz. O, yaxşı insandır. Ancaq baş məşqçi komandada hər şeyə özü nəzarət etmək istəyir. Mən başa düşə bilmirəm, Hacıyev baş məşqçidir, kassirdir, yoxsa kim? Pulum yoxdursa, necə əməliyyat oluna bilərəm? Sağ olsun dost-tanışlar, onları mənə çox köməyi dəydi”.

0
0