“Fənərbaxça” Eliasa elçi düşüb
07.04.2010 - 17:13
“Fənərbaxça” klubunda braziliyalı futbolçuların sayı çoxala bilər. Apasport.az saytının məlumatına görə, vəzifəyə seçildiyi gündən xaricdə futbolçu seçimini davam etdirən idman direktoru Aykut Kocaman yeni orta sahə oyunçusu gözaltı edib. Bu “Korintians”da forma geyinən 24 yaşlı Eliasdır.
Məlumatı “Korintians”ın prezidenti Andres Sançez də təsdiqləyib. Onun sözlərinə görə, mövsümün ortası olduğu üçün futbolçunun “sarı bülbül” olmasına imkan verməyib: ““Fənərbaxça” Eliası istəsə də, mövsüm başa çatmadığından futbolçunu klubda saxladıq. Transfer məsələsinə avqustda Libertadores kubokundan sonra yenidən baxacağıq”.
Türkiyəyə gəlməkdə maraqlı olan Eliasla İspaniyanın “Valensiya” və “Sevilya” klubları da maraqlanır.

0
0