İngiltərədən “Neftçi”yə yenə dəvət gəldi
07.04.2010 - 23:01
“Everton” rəhbərliyi “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovu İngiltərəyə dəvət edib. Bu haqda apasport.az saytına “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib.
Bir müddət öncə paytaxt təmsilçisinin və Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevi transfer etmək fikrində olan Rusiyanın ikiqat çempionu “Rubin” də Sadıqovu Kazana dəvət etmişdi. Əşrəfoğlunun sözlərinə görə, İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” da analoji addım atıb: “Bildiyiniz kimi, “Everton” Arazla bağlı bir müddət öncə bizə rəsmi təklif göndərib. Klub rəhbərliyi prezidentimizi danışıqlar üçün təmsil etdikləri Liverpul şəhərinə dəvət edib. Ancaq indi mövsümün qızğın vaxtıdır. Premyer Liqada gərgin mübarizə gedir. Məktublaşdığımız “Everton”un rəsmiləri də bütün bunları bilir. Arazın məsələsi, gələcək karyerası ilə bağlı yaxın vaxtda rəsmi açıqlama verəcəyik”.
Qeyd edək ki, 10 gündən sonra 18 yaşı tamam olacaq Abdullayev mart ayının ən yaxşı futbolçusu seçilib. “Everton” Arazı 21 yaşlılardan ibarət yığmamızın (U-21) heyətində baxımlı qol vurduğu Şotlandiya ilə səfərdəki görüşdə (2:2) bəyənib.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0