Elnur Əşrəfoğlu: “Neftçi” Fəttahovla maraqlanmır
07.04.2010 - 17:30
Elnur Əşrəfoğlu: “Neftçi” Fəttahovla maraqlanmır
“Biz “Kuban”da çıxış edən azərbaycanlı futbolçu Taleh Fəttahovla maraqlanmırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu deyib. Onun sözlərinə görə, Rusiyanın birinci divizion təmsilçisi “Kuban”ın əvəzedici komandasının azərbaycanlı kapitanı Taleh Fəttahovu transfer etmək fikrində deyillər: “İndi “transfer pəncərəsi” açıq deyil ki, hansısa futbolçunu alaq. Bu səbəbdən rəsmi olaraq nə Taleh, nə də hansısa futbolçunun komandamıza keçidi gündəmdədir. Yeni futbolçularla danışıq aparmırıq. Hazırda bütün diqqətimizi qarşıdakı turda “Qarabağ”la səfər oyununa yönəltmişik”.

Qeyd edək ki, uşaq yaşlarından Rusiyaya köçən Fəttahov “Kuban”ın əsas heyətinə düşməyə namizəddir.