Emin Ağayevin komandası sensasiya edə bilmədi
07.04.2010 - 21:24
Bu gün Rusiya kuboku uğrunda 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin şərəfini qoruduğu “Volqa” (Tver) klubu bu mərhələyədək gəlsə də, mübarizəni dayandırıb.
İkinci divizionda mübarizə aparan Ağayevin komandası səfərdə Rusiya çempionu “Zenit”lə qarşılaşıb və meydanı məğlub tərk edib. İtaliyalı mütəxəssis Luçano Spalettinin yetirmələri rəqibini 2:0 hesabı ilə məğlub ediblər.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0