“Real” – “Barselona” derbisinə bilet qalmadı
07.04.2010 - 23:08
“Real” – “Barselona” derbisinə bilet qalmadı
Aprelin 10-da bütün diqqətlər İspaniyaya yönələcək. Apasport.az saytının xəbərinə görə, həmin gün “Real” və “Barselona” “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər. Hazırda turnir cədvəlində şərikli lider olan komandaların bu oyunundan çox şey asılıdır. Bu səbəbdən artıq matça bilet qalmayıb. 82 min nəfərlik tutumu olan stadionun VİP sektorunda 2500 avroya olan biletlər belə satılıb. Bundan başqa, müxtəlif ölkələrdən 150 jurnalist bu oyunu izləmək üçün akkreditasiya olunub.