Dörd danışılmış oyun
07.04.2010 - 23:11
UEFA İtaliya hüquq-mühafizə orqanları ilə birgə cari ilin fevralında B seriyasında keçirilmiş “Qallipoli” - “Qrosseto” (2:2), “Qrosseto” - “Çitadella” (3:0) və “Salernitana” - “Triestina” (1:2), həmçinin martın 21-də A seriyasının 29-cu turu çərçivəsində baş tutmuş “Kyevo” - “Katanya” (1:1) oyunları barədə araşdırmaya başlayıb. Apasport.az saytının xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, təkcə “Kyevo” - “Katanya” görüşü üçün Avropa və Asiya bukmeker kontorları böyük məbləğdə pul qoyuluşu qeydə alıblar. Belə ki, bu oyunun heç-heçə bitməsi üçün 2 milyon funt-sterlinq, sonda reallaşan 1:1 hesablı nəticə üçün isə 250 min funt-sterlinq pul qoyuluşu olub.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0