“Nyukasl” Premyer Liqaya qayıdır
07.04.2010 - 22:14
“Nyukasl” Premyer Liqaya qayıdır
Ötən il uğursuz çıxışı ilə əlaqədar İngiltərə Premyer Liqasını tərk edərək “Championship”ə yuvarlanan “Nyukasl” yenidən əsas liqada mübarizə aparmaq hüququna yiyələnib. Apasport.az saytının xəbərinə görə, adıçəkilən klub mövsümün bitməsinə 6 tur qalmış bu vəzifənin öhdəsindən gəlib. “Championship”də keçirdiyi 41 qarşılaşmada
89 xal toplayan (26 qələbə, 11 heç-heçə və 4 məğlubiyyət) “Nyukasl” bu tura qədər doğma azarkeşləri önündə məğlubiyyət acısı yaşamayıb. Onlar evdə sadəcə 4 qarşılaşmada heç-heçə oynayıb, 17 matçdan isə qalib ayrılıblar.

“Championship”dən Premyer Liqaya yüksələcək ikinci komanda isə çox güman “Vest Bromviç” olacaq. Belə ki, adıçəkilən klub keçirdiyi 42 qarşılaşmadan 83 xal toplayıb və 3-cü pillədəki “Nottingem Forest”i 11 xal qabaqlayır.

Premyer Liqaya çıxacaq 3-cü komanda isə pley-off qarşılaşmaları nəticəsində müəyyənləşdiriləcək.