Çempionlar Liqasında iki ənənə birdən qırıldı
08.04.2010 - 09:55
UEFA Çempionlar Liqasının təkrar 1/4 final oyunlarından sonra iki ənənə birdən qırıldı. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində 2002/03 mövsümündən bu yana yarımfinalda İngiltərə təmsilçisi yer alırdısa, bu dəfə belə olmadı. Buna London “Arsenal”ının ardınca, “Mançester Yunayted”in də mübarizəni 1/4 finalda dayandırması səbəb oldu.
Son iki mövsümdə turnirin finalına çıxan, 2008-ci ildə qalib olan “Mançester Yunayted” bu dəfə heç yarımfinala vəsiqə qazana bilmədi. Aleks Ferqyussonun yetirmələrinin Almaniyanın “Bavariya” klubu ilə böyük hesabla irəlidə olduğu ev oyununda sonradan iki qol buraxması mübarizəni dayandırmaqla nəticələndi. İki oyunun nəticəsinə görə (2:1 və 3:2) hesab bərabər olsa da, almanlar səfərdə daha çox qol vurduğuna görə yarımfinala çıxdı.
Bununla da “Bavariya” həm də 1999-cu ildə ÇL-nin finalında “Mançester Yunayted”dən aldığı acınacaqlı məğlubiyyətin (1:2) əvəzini çıxmış oldu. Maraqlıdır ki, “Bavariya” artıq dalbadal ikinci mərhələdir eyni ssenari ilə qalib olur. Yəni, 1/8 finalda İtaliyanın “Fiorentina” klubunu da evdə 2:1 yenən, səfərdə 2:3 uduzan münhenlilər rəqib meydanında daha çox qol vurduğuna görə mübarizəni davam etdirdi.
Qırılan digər ənənə isə ölkələrlə bağlıdır. Məsələ ondadır ki, 2004/05 mövsümündən etibarən ÇL-nin yarımfinalda bir ölkənin ən azı iki komandası olurdu. Ancaq bu dəfədəkilərin hərəsi bir ölkəni təmsil edir. Yəni “Bavariya” əvvəl qeyd etdiyimiz kimi Almaniyanındırsa, onun rəqibi “Lion” Fransanın, “Barselona” və “İnter” isə müvafiq olaraq İspaniya və İtaliya klublarıdır. Sonuncu dəfə buna bənzər sıralama 2004-cü ildə olmuşdu. Həmin vaxt yarımfinalçılardan, sonradan turnirin qalibi olan “Portu” Portuqaliyanın, finalçı “Monako” Fransanın, onların yendiyi “Deportivo” ilə “Çelsi” isə İspaniya və İngiltərəni təmsil edir.
Qeyd edək ki, yarımfinalçılardan “Bavariya” ilə “Barselona” ÇL-nin qalibi olub. “İnter”dən fərqli “Lion” tarixində ilk dəfə yarımfinala çıxır. Yarımfinal oyunları aprelin 20-21 və 27-28-də keçiriləcək. İlk olaraq “Bavariya” “Lion”u, “İnter” “Barselona”nı qəbul edəcək. Sonuncular cari mövsümdə bir qrupda yer almışdılar. “İnter”lə səfərdə qolsuz heç-heçə edən, evdə 2:0 hesablı qələbə qazanan “Barselona”nın qrupun qalibi kimi 1/8 finala çıxmışdı.

0
0