“Ağayev mükafata layiq olduğunu “Zenit”lə oyunda təsdiqlədi”
08.04.2010 - 10:36
Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayev Rusiya kubokunun ən yaxşılarından sayılıb. Apasport.az saytının məlumatına görə, Tverin “Volqa” klubunun 37 yaşlı kapitanı ölkə kubokunun 1/4 finalında “Zenit”lə səfər görüşündə (0:2) oyunu ilə diqqəti cəlb edib.
Rus həmkarımızın fikrincə, ikinci divizionda mübarizə aparan Ağayev yenə də yaxşı formadadır. Həmyerlimiz özündən 11 yaş kiçik olan tanınmış hücumçu Aleksandr Kerjakovla mübarizədə sözünü deyib: “Volqa”nın heyətində müdafiəçi Emin Ağayev hörmətli insandır. Onun karyerasında ən parlaq dövr 2000-ci ildə olub. Həmin vaxt Azərbaycanın ən yaxşı futbolçusu sayılan Emin eyni zamanda “Torpedo-ZİL”lə yüksək liqaya vəsiqə qazandı. Ağayev mükafata layiq olduğunu “Zenit”lə oyunun ilk hissəsində parlaq perfomansı ilə təsdiqlədi”.
Qeyd edək ki, Emin üç ildir çıxış etdiyi “Volqa”nın kapitanıdır.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0