Rəşad Sadıqovu düşündürən yeganə məsələ!
08.04.2010 - 12:06
“Qarabağ”la müqaviləmin müddəti yayda başa çatacaq. Hazırda nə yeni müqaviləni, nə də klubdan ayrılmağı düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.
Sadıqov ötən ilin yayında transfer olunduğu “Qarabağ”da Avropa Liqasının oyunlarında debüt edib. Sadıqov "Rusenborq" (Norveç) və "Honka"ya (Finlandiya) vurduğu qollar hesabına "Qarabağ"ın mərhələ adlamasına yardımçı olub.
Hazırda əsas heyətin üzvü olmasına baxmayaraq, Sadıqov klubdan ayrılmağı istisna etməyib. Amma Rəşad bildirib ki, hazırda yalnız bir məsələ barəsində düşünür: “Həyatda hər şey ola bilər. İndiki vəziyyətdə ilk növbədə ilk "altılığ"ın qarşıdakı 6 oyununu bizim üçün əsasdır. Çempionat başa çatdıqdan sonra başqa kluba keçəcəyimə, ölkə xaricinə gedib-getməyəcəyimə qərar verəcəyəm”.
Qeyd edək ki, milli komandanın 28 yaşlı kapitanı Rəşad ölkə xaricində "Fulad" (İran), "Kayserispor" və "Kocaelispor"un (hər ikisi Türkiyə) uğurları üçün çalışıb.

0
0