AFFA Liviyaya cavab verdi: Yoldaşlıq görüşü keçirməkdə biz də maraqlıyıq
08.04.2010 - 14:44
“Liviya Futbol Federasiyasından milli komandaların yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı hansısa təklif almamışıq. Amma bu ölkənin yığması ilə böyük məmnuniyyətlə oynayardıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Liviya Futbol Federasiyasının vitse-prezidenti Farj Məhəmməd Ben Salim Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istədiklərini açıqlayıb. Buna müsbət yanaşan Məmmədov danışıqlar aparmağa hazır olduqlarını bildirib: “Bununla bağlı ilk addımın onlardan, yoxsa bizdən gəlməsi prinsipial məsələ deyil. Əsas yoldaşlıq görüşünün keçirilməsidir. Liviya ilə oynamaq variantının baş tutmasında maraqlıyıq. Bu ölkədən gələn təklifə razılıq verməyimiz mümkündür. Ola bilsin ki, bununla bağlı yaxın vaxtlarda danışıqlar apardıq”.
Məlum olduğu kimi, milli komandamız növbəti yoldaşlıq görüşlərini mayın sonu – iyunun əvvəlində Avstriyada təlim-məşq toplanışında keçirəcək. Mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də isə DÇ-2010-nun iştirakçısı Honduras yığması ilə oyun olacaq. Məmmədov bundan sonrakı yoldaşlıq görüşləri ilə bağlı danışıqların davam etdiyini bildirib: “Bizim üçün əsas yığmamızın mayın sonu – iyunun əvvəlində Avstriyadakı təlim-məşq toplanışında oyun keçirməsidir. Bütün diqqətimizi həmin vaxt rəqib tapmağa yönəltmişdik. Bu yöndə çalışmalarımız müsbət nəticə verdi. Əvvəlcə iki oyun planlaşdırsaq da, sonradan üçüncü görüşü keçirmək variantını da dəyərləndirdik. FİFA-nın avqust və noyabrdakı da pəncərəsindən yararlanmaq fikrindəyik. Avqustda evdə, noyabrda isə səfərdə yoldaşlıq görüşü keçirmək nəzərdə tutmuşuq. İslandiya yığması həmin vaxt evdə oynamaq istədiyi üçün onlarla razılığa gələ bilmədik. Yayda hava şəraitinin daha münasib olmasını nəzərə alıb, həmin vaxt öz meydanımızda oynamağı planlaşdırmışıq. Bu, həm milli komandamızın Avro-2012 öncəsi son sınağı olacaq, həm də azarkeşlərimizi Bakıda oyun izləməyə imkan yaradacağıq”.
Baş katib vurğulayıb ki, hazırda 3-4 ölkə ilə danışıqlar gedir: “Amma onların adlarını açıqlaya bilmərəm. Çünki hələlik razılığa gəlməmişik”.

0
0