“Access Bank” Azərbaycan yığmalarına sponsorluq edəcək
08.04.2010 - 15:13
“Access Bank” Azərbaycan yığmalarına sponsorluq edəcək
“Access Bank” Azərbaycan milli komandalarına sponsorluq edəcək. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

AFFA-nın “Access Bank”la apardığı danışıqlar artıq müsbət yekunlaşıb. Assosiasiya ölkə futbolumuzun inkişafına maddi baxımdan öz töhfəsini verməyə razılıq verən bankla sponsor və əməkdaşlıq müqaviləsinin imzalayacaq. Yeni partnyorluğa böyük önəm verən Məmmədov bildirib ki, bu ay “Access Bank”la müqavilə imzalanacaq: “Bildiyiniz kimi, buna qədər bir neçə sponsorlar və onların arasında banklar da olub. Belə ki, Unibank Premyer Liqamıza, “Kapital Bank” isə U-15 liqasına himayədarlıq edir. “Access Bank” bütün yığmalarımızın ümumi sponsoru olacaq. Bura əsas yığmamızdan tutmuş bütün aşağı yaş qruplarından ibarət komandalar daxildir. Bildiyiniz kimi, AFFA-nın sponsor-partnyoru olan “Azerccel” də milli komandamızla əməkdaşlıq edir. Yığmamızın oyunlarının yayımı bu şirkətin dəstəyi sayəsində həyata keçirilir. “Access Bank” da milli komandalarımıza öz dəstəyini göstərəcək. Burada ölkədən kənarda təlim-məşq toplanışlarının keçirilməsi və sair məsələlər yer alacaq ”.