“Bakı” “Qalatasaray” və “Bunedkor”la oynamaq şansı qazandı
08.04.2010 - 16:08
“Bakı” klubu “Qalatasaray”la eyni yarışda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, 16 yaşlı futbolçulardan ibarət komandalar bu ayın 25-dən mayın 1-dək Astanada “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” beynəlxalq turnirdə çıxış edəcək.
Yeniyetmələrin ənənəvi turniri tarixində 3-cü dəfə keçiriləcək. Qazaxıstan Futbol Federasiyasının Uşaq-Gənclər Futbolu Departamentinin rəisi Edıgen Yumaşov “Bakı”ya dəvət göndərdiklərini bildirib: “Turniri ilk dəfə qəbul edəcək Astanadakı turnirdə 1994-cü ildən aşağı təvəllüdlülər iştirak edə bilərlər. Rusiya bu turnirin əvəzedilməz iştirakçısı olan Moskva MOİK-i ilə yanaşı, Sankt-Peterburqun “Zenit” klubu ilə təmsil olunacaq. Bundan əlavə, azarkeşlər Türkiyənin “Qalatasaray”, Azərbaycanın “Bakı”, Özbəkistanın “Bunedkor” klubunun, Cin yığmasının yetirmələrini iş başında görə biləcəklər. Ölkəmizi yarışda “Tsesna” məktəbinin bayrağı altında yeniyetmələr yığması təmsil edəcək. Daha bir iştirakçı isə Serbiyanın gənclər yığması olacaq. İştirakçı komandalar təkcə öz ustalıq səviyyəsini göstərmək imkanına malik olmayacaq, eyni zamanda, gözəl paytaxtımızla tanış ola biləcək. Bu məqsədlə onlar üçün ekskursiya təşkil olunacaq”.
Turnirin mükafat fonduna gəlincə, qalib 10, 2-ci və 3-cü yerin sahibləri müvafiq olaraq 6 və 4 min dollar qazanacaq.
Qeyd edək ki, 2008-ci ildə keçirilən ilk turnirin qalibi Türkiyənin “Beşiktaş”, ötən il isə Braziliyanın “Ole Brazil Klab” klubu olub.

0
0