“Qalatasaray” Raykaardla bağlı son qərarını verdi
08.04.2010 - 17:33
“Qalatasaray” Raykaardla bağlı son qərarını verdi
“Qalatasaray” klubu baş məşqçi Frank Raykaardla bağlı son qərarını verib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi ötən yay dəvət etdiyi 48 yaşlı holland mütəxəssisi istefaya göndərməyi məqsədəuyğun saymayıb. Klub prezidenti Adnan Polatla vitse-prezident Haldun Üstünəl Raykaardla yola davam edəcəklərinin qəti olduğunu bəyan ediblər. Türkiyə kuboku və Avroliqada mübarizəni dayandırdıqdan sonra çempionluq şansı da xeyli azaldan “Qalatasaray”ın “Trabzonsopor”, “Fənərbaxça” və “Sivasspor”la oyunlarda xal itkisi baş məşqçi dəyişikliyə ilə bağlı çoxsaylı müzakirələrə səbəb olub. Ancaq klub rəhbərliyi Raykaardın üzərinə çox təzyiqlərin olunduğu, onun haqsız yerə “baltalandığı” qənaətinə gəlib.

Polatla Üstünəlin bu məsələ ilə bağlı mövqeyi belə olub: “Kimlərinsə istəyinə görə Raykaard kimi səviyyəli və mükəmməl baş məşqçidən vaz keçəcək deyilik. Onunla daha uzun illər bərabər çalışacağıq. Raykaard da bizim kimi çox üzgündür, xoşbəxt deyil. Baş məşqçi ilə yollarımızın ayrılması deyə bir şey müzakirə mövzusu də ola bilməz”.

Qeyd edək ki, Raykaard “Qalatasaray”a gələnə kimi uzun müddət çalışdırdığı “Barselona” klubu ilə çoxsaylı uğurlar, o cümlədən 2006-cı ildə Çempionlar Liqasını qazanıb.