Oqtay Abdullayev: “Neftçi”yə qarşı haqsız təzyiqlərin artması bizi narahat edir
08.04.2010 - 17:36
Oqtay Abdullayev: “Neftçi”yə qarşı haqsız təzyiqlərin artması bizi narahat edir
“Neftçi” Veteranlar Klubu “ağ-qaralar”i sonadək dəstəkləyəcək. Bu barədə apasport.az saytına “Neftçi” PFK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasan “Neftçi” Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayev komandanın son oyunlarında çıxışına münasibətini bildirib: “Sadıq Sadıqov “Neftçi”nin prezidenti seçiləndən sonra klubun uğurlu çıxışı göz qabağındadır. Flaqman xüsusilə “altılıqdakı” oyunlarda məzmunlu və hücum futbolu nümayiş etdirir. Klub rəhbərliyinin komandanı gənc mütəxəssis Arif Əsədova tapşırması bizi sevindirməyə bilməz. İnanırıq ki, Araz Abdullayev kimi digər yerli istedadlı futbolçuların əsas heyətdə oynayacaqları gün uzaqda deyil”.

Veteran futbolçu son turlarda “Neftçi”yə qarşı haqsızlıqların olmasını da vurğulayıb: “Son turlar “Neftçi”yə qarşı haqsız təzyiqlərin artması bizi narahat edir. Futbolçuların oyunlarda bundan sonra da uğurlu nəticələr qazanması üçün heç bir təxribata fikir vermədən sonadək mübarizə aparmalarını istəyirik. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır və biz veteranlar doğma komandamızı sonadək dəstəkləyəcəyik”.