“Çempionat əvvəlki sistemlə keçirilsəydi...”
08.04.2010 - 23:06
“Qarabağ” durğunluq dövrünü yaşayır. Həm çempionatın, həm kubokun, həm də yığmanın oyunlarının ardıcıl düşməsi, futbolçularda yorğunluq yaratdı. Bu da komandamızın oyunlarına mənfi təsir etdi. Ona görə də son görüşlərdə qələbə qazana bilmirik. Şəxsən mən öz adıma danışıram. Milli komandanın heyətində və çempionat oyunlarında 90 dəqiqə əvəzolunmadan oynamışam. Gənc olmağıma baxmayaraq, orqanizmim bərpa prosesini tez keçsə də, yorğunluq olur”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın və “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev deyib.
Ağdam təmsilçisinin uğursuz çıxış etməsini təqvimin sıx olması ilə əlaqələndirən gənc müdafiəçi rəqiblərinin xal itirməsinə ümid edir: “Altılıq”da asan rəqib yoxdur. Çempionat ötən ilki, ümumi sistemlə keçirilsəydi, yəqin ki, belə problem olmayacaqdı. Çünki nə qədər çox oyun oynasaq da, “Turan”, “Muğan” kimi komandalarla görüşdə çox güc sərf etmədən qələbə qazana bilirdik. Ona görə də ardıcıl məğlub olmurduq. Ancaq bu ilki çempionat elə deyil. İlk “altılıq”dakı hər bir komanda güclüdür. Həmin komandalara qarşı oyunlarda tam gücümüzü ortaya qoyuruq ki, qələbə qazanaq. Ancaq bayaq dediyim ki, təqvimin sıx olması futbolçuları yordu. Düşünürəm ki, bu problem arxada qalıb. İndi bizdən yuxarı pillələrdəki komandalar durğunluq dövrünü yaşayacaqlar. Biz də bundan maksimum istifadə etməliyik”.
Medvedev komandasının çempion olacağına az ümid etsə də, mövsümün sonunda mükafatçılar sırasında yer alacağına inandığını bildirib: “Son oyunlarda itirdiyimiz xallar bizi qızıl medallardan bir qədər uzaqlaşdırdı. Ancaq nəzəri də olsa, şansımız var. Məncə, çempionat bundan sonra maraqlı olacaq. Çempionluq şansımızın 20 faiz olduğunu düşünürəm. İkinci olmaq şansımız yüksəkdir. İnanıram ki, mövsüm başa çatanda mükafatçılar sırasında “Qarabağ” da olacaq”.
Futbolçu “Qarabağ”ın son oyunlarda qol vura bilməməsinə də aydınlıq gətirərək, Vaqif Cavadovun yoxluğunu hiss etdiklərini deyib: “Vaqif komandanın əsas oyunçularından idi. Oyun ərzində məsuliyyəti üzərinə götürüb qollar vururdu. Komandamıza vacib qələbələr qazandırıb. Onun gedişi ilə “Qarabağ” itirsə də, özü və Azərbaycan futbolu qazandı”.

0
0