Yığmamızın futbolçusu MSN-də
09.04.2010 - 10:00
Məşhur MSN şirkəti Rusiya Premyer Liqasının oyunlarının yayım hüququna yiyələnib. Apasport.az saytının məlumatına görə, informasiya və əyləncə portalı bu hüququ “NTV-Plyus”un agenti olan “Tvskor”dan alıb. Bir illik anlaşmanın məbləği açıqlanmır.
Artıq sabahdan başlayaraq MSN saytı vasitəsilə Rusiya çempionatının oyunları yayımlanacaq. Təsvir və şərhlər “NTV-Plyus” tərəfindən təqdim olunacaq. Portalın bu qarşılaşmaları şərh etmək hüququ yoxdur. Yəni televiziyanın şərhi olduğu kimi saxlanılmalıdır. MSN bu matçları pulsuz yayımlayacaq. Sayt rəhbərliyi reklamdan gəlir əldə etmək niyyətindədir. Hazırda aylıq auditoriyası 6,5 milyon nəfər olan məşhur portal futbol hesabına rəqəmin daha da artacağına ümid edir.
Qeyd edək ki, Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Anji”nin MSN-dəki ilk oyunu iki gün sonra keçiriləcək. Həmin gün Mahaçqala təmsilçisi “Sibir”lə görüşəcək.

0
0