Ekvator xəttinə çatan “altılıq”: Əzəli rəqabət, ofsayddakı məşqçilər və liderin çətin sınağı
09.04.2010 - 10:26
Ekvator xəttinə çatan “altılıq”: Əzəli rəqabət, ofsayddakı məşqçilər və liderin çətin sınağı
Sabah Unibank Premyer Liqasının XXVII turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, “altılıq”da I dövrəyə yekun vuracaq tur bir sıra maraqlı oyunlarla yadda qalacaq. Bu mənada əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin Ağdamdakı görüşü xüsusilə diqqət mərkəzindədir. Prinsipial rəqiblərə qələbə hava-su kimi lazımdır. Final mərhələsində uğursuzluğa düçar olan bu komandalardan “Neftçi”dən fərqli, “Qarabağ” qələbə qazana bilməyib. Xalları bərabər olan derbi iştirakçılarından uduzanın çempionluq şansı daha da azalacaq.

“Bakı” və “Xəzər-Lənkəran”ı cari mövsümdə meydana çıxaran baş məşqçilər bu dəfə kənarda qalıb. Düzdür, Ağasəlim Mircavadov Lənkəran təmsilçisinin sükanı arxasında olsa da, cəza səbəbindən yenə texniki zonada yer almayacaq. “Bakı” isə baş məşqçisi Bülənt Korkmazla artıq yollarını ayırdığından, komandanı meydana digər türkiyəli Cüneyt Biçər çıxaracaq. Yeni təyin edilən gənc məşqçinin üzərinə böyük məsuliyyət düşür. “Xəzər-Lənkəran” ən yaxın izləyicisi olan “Bakı”nı 5 xal qabaqlayır. Son ölkə çempionu evdə qalib gələcəyi halda, xal fərqini xeyli azaltmaqla yanaşı, çempionluq mübarizəsini daha da qızışdıracaq. Əks təqdirdə, “İnter”lə “Xəzər-Lənkəran” qızıl medallara daha şanslı olacaqlar.

“Altılığ”da ilk və son yerin sahibi Qəbələdə görüşəcəklər. Final mərhələsinin startında “İnter”in “Qəbələ” ilə görüşdə qələbə şanslarını böyük qiymətləndirmək olardı. Ancaq indi ehtiyatlanmağa dəyər. Axı qəbələlilər son üç turda inamlı çıxış edərək, “Qarabağ”la “Neftçi”ni yenib, “Bakı” ilə heç-heçə edib. Nəticədə 7 xal yığmaqla turnir cədvəlində vəziyyətinin yaxşılaşdıran Ramiz Məmmədovun yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək iddiasındadır. Hər halda, onu da nəzərə alaq ki, “İnter”in elə ilk mərhələdə də “Qəbələ” ilə oyunları çətin alınıb. Təsadüfi deyil ki, liderin hər iki görüşdə qələbəsi minimal fərqlə olub.

10 aprel

16:00. “Qarabağ” – “Neftçi”

Ağdam. Quzanlı qəsəbə stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:0

16:00. “Qəbələ” – “İnter”
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk mərhələdəki oyunlar – 2:3, 0:1

16:00. “Muğan” – “Olimpik-Şüvəlan”
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:1

16:00. “Standard” – “Simurq”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk mərhələdəki oyunlar – 1:2, 1:1

11 aprel

16:00. “Bakı” – “Xəzər-Lənkəran”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar – 1:1, 0:3

16:00. “Turan” – “Karvan”
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyunlar – 2:1, 0:0

komandalar

o

q

h

m

t

x

1

"İnter"

14

6

5

3

15-13

23

2

"Xəzər-Lənkəran"

14

5

7

2

14-7

22

3

"Bakı"

14

4

5

5

12-12

17

4

"Neftçi"

14

3

7

4

9-9

16

5

"Qarabağ"

14

3

7

4

9-12

16

6

"Qəbələ"

14

3

5

6

13-19

14

7

"Simurq"

14

7

5

2

17-10

26

8

"Olimpik-Şüvəlan"

14

7

4

3

22-13

25

9

"Turan"

14

5

5

4

20-19

20

10

"Muğan"

14

4

5

5

8-9

17

11

"Standard"

14

4

3

7

13-19

15

12

"Karvan"

14

1

6

7

10-20

9


Bombardirlər: Adrean Neaqa (Neftçi); Anatoli Doroş (Olimpik-Şüvəlan) - 11