Yığmamızın rəqibi yeni rəqib tapdı
09.04.2010 - 11:00
Yığmamızın rəqibi yeni rəqib tapdı
İyunun 2-də yoldaşlıq oyununda Azərbaycan milli komandasının rəqibi olan Honduras yığmasının daha bir rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Reynaldo Ruedanın komandası CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə ilk yoxlama görüşünə aprelin 21-də çıxacaq.

Honduraslılar yalnız yerli çempionatda çıxış edən futbolçuların qatıldığı təlim-məşq toplanışını Cənubi Amerika təmsilçisi ilə görüşdə tamamlayacaq. Məhz yerli klubların üzvlərinin bu matça çağırılacağından yığmaya namizədlərdən olan “Xəzər-Lənkəran”ın hücumçusu Allan Lalin Venesuela ilə oyunun iştirakçısı ola bilməyəcək.

Qeyd edək ki, gələn ayın sonlarından iyunun əvvəlinədək Almaniya və Avstriyada təlim-məşq toplanışı keçirəcək honduraslılar həmin dövrdə Azərbaycan, Belarus və Rumıniya ilə qüvvəsini sınayacaq.