“Xəzər-Lənkəran”ın legionerlərinin problemi qurtarmır
09.04.2010 - 11:35
“Xəzər-Lənkəran” klubunun futbolçuları Juninyo Osvaldo ilə Denis Kalinkovun problemi qalmaqdadır. Bu barədə komandanın baş məşqçisi Ağasəlim Mircavadov apasport.az saytına açıqlamasında bildirib ki, bu legionerlərin xidmətindən “Bakı” ilə aprelin 11-də səfərdə keçiriləcək oyunda da istifadə edə bilməyəcək: “Juninyo ilə Denisin zədə problemi tam həll olmayıb. Düzdür, məşqdə iştirak etsələr də, hələ oynaya bilməyəcəklər. Rahid Əmiqruliyevdən fərqli, Ruslan Poladovun cəza müddəti bitməyib. Bu səbəbdən Ruslan “Bakı” ilə görüşdə də meydana çıxa bilməyəcək”.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi Poladovla yanaşı, Mircavadovu da cəzalandırıb. Belə olan halda, baş məşqçi də yetirməsi kimi Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü kənardan izləyəcək.

0
0