Mübariz Mənsimov B planını seçdi
09.04.2010 - 13:06
Mübariz Mənsimov B planını seçdi
İstanbulun “Beştaktaş” klubunu növbəti mövsümdə Mustafa Dənizli çalışdırmaya bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırkı baş məşqçi səhhətindəki problemlərlə bağlı “qara qartallar”ı tərk edəcək. Onun əvəzinə isə Almaniya millisinin keçmiş baş məşqçisi Yurgen Klinsmann gətiriləcək.

Artıq “Beşiktaş” prezidentinin alman məşqçi ilə ilkin razılığa gəldiyi də bildirilir. Danışıqlardan əvvəl azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Yurgen Klinsmanla razılaşaram” deməsi, transferi daha da sürətləndirib.

Bundestimin keçmiş baş məşqçisi isə heyətlə bağlı öz planlarını da açıqlayıb. O Kevin Kuranyunun “Beşiktaş”a gətirilməsini tələb edib. Həmkarlarımızın yazdığına inansaq, “Şalke”də top qovan Kuranyu ilə də ilkin danışıqlar olub. Bundesliqanın cari mövsümündə 28 oyuna 18 qol vuran hücumçunun Türkiyəyə gəlməyin əleyhinə olmadığı bildirilir.