“Qarabağ” “Neftçi”yə çatmaq istəyir
09.04.2010 - 13:18
Unibank Premyer Liqasının XXVII turunda qarşılaşacaq Ağdamın “Qarabağ” və Bakının “Neftçi” klublarının rəqabəti 18 illik tarixə malikdir. Apasport.az saytının məlumatına görə, milli çempionatlar tarixində ilk dəfə 1992-ci ildə qarşılaşan əzəli rəqiblər yalnız ikinci birincilikdə görüşməyiblər.
1993-cü ildə keçirilən həmin yarış istisna olmaqla, hər mövsüm minimum 2 dəfə üz-üzə gələn bu komandalar 1995/96 və 1998/99-cu illəri əhatə edən birinciliklərdə 4 dəfə bir-birinə rəqib olublar. İki mərhələdə keçirilən digər – 2001/02 mövsümündə isə yarış elə bu komandaların dördüncü turdakı qarşılaşması ərəfəsində dayandırılıb. Həmin çempionatın dayandırıldığı anadək olan nəticələrini də nəzərə almaqla, “Qarabağ”la “Neftçi” 38 dəfə çempionat oyununda qüvvələrini sınayıblar. Paytaxt təmsilçisi daha çox - 11, ağdamlılar isə 10 dəfə qələbə qazanıb. Daha 17 görüşün heç-heçə bitdiyi qarşılaşmaların top fərqi də bakılıların xeyrinədir – 37:29.
Lakin “Neftçi”nin son qələbəsi artıq tarixə çevrilməkdədir. 2006/07 mövsümünün ikinci dövrəsində rəqibini 2:0 hesabı ilə üstələyən flaqman son 5 görüşdə qalib gələ bilmir. Maraqlıdır ki, həmin vaxt “Neftçi”nin baş məşqçisi indi rəqib komandada çalışan Qurban Qurbanov idi.
“Neftçi” – “Qarabağ”: bütün oyunlar

mövsüm | “Neftçi”nin meydanında | “Qarabağ”ın meydanında | Neytral meydanda |
1992 | 1:1 | 1:2 |
|
1993/94 | 1:1 | 0:1 |
|
1994/95 | 3:2 | 0:0 |
|
1995/96 | 2:2 | 1:1 | 2:2, 2:1 |
1996/97 | 0:0 | 1:2 |
|
1997/98 | 1:1 | 0:1 |
|
1998/99 | 0:0, 0:0 | 0:1, 0:1 |
|
1999/2000 | 2:0 | 1:1 |
|
2000/01 | +:- | 4:0 |
|
2001/08 | 1:0 | 0:1 |
|
2003/04 | 2:0 | 3:1 |
|
2004/05 | 1:0 | 1:2 |
|
2005/06 | 2:0 | 2:2 |
|
2006/07 | 0:0 | 2:0 |
|
2007/08 | 0:0 | 0:0 |
|
2008/09 | 0:1 | 1:1 |
|
2009/10 | 0:0 | 0:1 |
|
0
0