Yığmamızın futbolçusu üçün 3 həftəlik istirahət - FOTO
09.04.2010 - 13:32
“Ayaq barmağımda çat var imiş. Belə vəziyyətdə 3 həftə oynamışam. Rentgen müayinəsindən sonra müalicəyə ehtiyacım olduğu meydana çıxdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.
Nadirov zədə səbəbindən sabah Quzanlı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşündə meydana çıxmayacaq. 22 yaşlı hücumçu bildirib ki, 3 həftədən sonra məşq edə biləcək: “Ayağım gipsdədir. Hazırda qoltuq ağacları ilə hərəkət edirəm. Müalicəm 2-3 həftəyə başa çatacaq. İnşallah, son turlarda meydançaya qayıdacağım realdır”.
Xatırladaq ki, Vüqar 3 ay öncə əməliyyat olunmuşdu.

- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0