Subaşiçin komandasının oyununda qan töküldü
15.04.2010 - 14:53
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu Serbiyanın “Srvena Zvezda” klubunun oyununda qan tökülüb. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisinin azarkeşi İqor Vreliç ölkə kubokunda OFK ilə oyunda ciddi güllə yarası alıb. Həmin vaxt azarkeşlər arasında düşən qarışıqlıq nəticəsində Vreliçə atəş açılıb. Xəstəxanaya çatdırılan yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda İqorun vəziyyəti sabit qiymətləndirilir. İnsidentə baxmayaraq, oyun davam etdirilib və “Srvena Zvezda” 1:0 hesabı ilə qalib gəlib.
0
0