Juninyo “Xəzər-Lənkəran”dan ayrılır
15.04.2010 - 17:05
Braziliyalı futbolçu Juninyo Osvaldo “Xəzər-Lənkəran” klubunu tərk edəcək. Apasport.az saytının məlumatına görə, müayinə olunmaq üçün vətəninə yollanmağa hazırlaşan yarımmüdafiəçi ən azı 15-20 gün oynamayacaq.
Juninyo bu gün məşq zamanı sağ ayağının əzələsini yenidən zədələyərək, sıradan çıxıb. Cəmi bir neçə gün öncə komandanın məşqlərinə qatılan Osvaldo hazırlığın sonunda ayağında yenidən ağrı hiss edib. Onun ən yaxşı halda, Premyer Liqanın son iki turunda meydana çıxacağı gözlənilir.
Mənbə: www.lankaranfc.com

0
0