“Real” Ronaldonun transferindən götürdüyü qazancın məbləğini açıqladı
15.04.2010 - 16:54
Madrid “Real”ının Kriştianu Ronaldonun transferi üçün xərclədiyi 94 milyon avro nəticəsiz qalmayıb. İspanlar 25 yaşlı yarımmüdafiəçiyə görə ötən yay “Mançester Yunayted”ə ödədiyi məbləği heç bir il keçməmiş artıqlaması ilə çıxarıb.
Apasport.az saytının məlumatına görə, “Real” portuqaliyalının keçidindən sonra 100 milyon avrodan artıq gəlir götürdüyünü açıqlayıb. Özü də bu, klubun xəzinəsinə yalnız forma satışından daxil olub. Belə ki, Ronaldonun “Real”da geydiyi 9 nömrəli formadan 1 milyondan artığı satılıb. Özü də bu, təkcə Madriddə yox, bütün dünyada reallaşıb.
“Real” rəsmisi bəyan edib ki, hətta Zinəddin Zidan, Luiş Fiqu, Devid Bekhem, braziliyalı Ronaldonun vaxtilə “Real”da oynadığı vaxtda formalarına bu qədər tələbat olmayıb.
Qeyd edək ki, Kriştianu hazırda dünyanın ən bahalı futbolçusudur.

0
0