“Tvente”nin prezidenti: Bu, vəhşilikdir!
15.04.2010 - 17:16
Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” klubunun prezidenti Yupp Munsterman Hollandiya çempionatının son turunda baş verən xoşagəlməz olaya münasibət bildirib. Apasport.az saytının məlumatına görə, komandanın avtobusunun “Alkmaar”la oyuna gedərkən rəqib azarkeşlərin daşa basılması prezidenti özündən çıxarıb.
Munsterman baş verənləri vəhşilik adlandırıb: “İnana bilmirəm ki, belə şey baş versin. Daha necə alçalmaq olar? Hələ bəxtimiz gətirdi ki, daşlar qabaq şüşəyə dəymədi. Mən təsəvvür edirəm ki, həmin anda nələr baş verə bilərdi”.
“Alkmaar”ın azarkeşlərin bu hərəkətini rəqibi psixoloji tarazlıqdan çıxarmaq məqsədi güdə bilər. Baş verənlərin futbolçularına heç bir təsir göstərmədiyini bəyan etmiş Maklaren ən yazın izləyicisi “Ayaks”ın fərqi minimuma endirməsindən də narahat deyil: “Buna baxmayaraq, biz çempionluğa yaxınıq. Məqsədimizə çatmaq üçün qalan iki oyunda qalib gəlməliyik”.
Qeyd edək ki, “Tvente” tarixində ən yaxşı nəticəsini məhz Maklarenin vaxtında qazanmağa yaxındır. Ötən mövsüm komandaya gümüş medal qazandıran ingilis mütəxəssis bu dəfə çempion ola bilər.

0
0