Yığmamızın kapitanı: Səncə, mən nəsə intizamsız hərəkət edə bilərəm?
15.04.2010 - 23:01
Ağdamın “Qarabağ” klubunun futbolçusu Nodar Məmmədov Türkiyəyə gedəcək. Gənc futbolçunun ötən həftə getməli olduğu səfər 1 həftə yubanıb. Buna səbəb gənc futbolçunun pasportunu itirməsi olub. 21 yaşadək futbolçulardan ibarət milli komandanın kapitanı olan Məmmədov qardaş ölkəyə aprelin 20-si yollanacaq. Apasport.az saytına açıqlama verən gənc müdafiəçi əməliyyat olunmaq üçün Türkiyəyə gedəcəyini deyib: “Neçə vaxtdır zədədən əziyyət çəkirəm. Həkimlər ayağımda yırtıq müəyyən ediblər. Əməliyyat olunmaq üçün Türkiyəyə gedəcəyəm”.
Baş məşqçi Qurban Qurbanovla görüşən Nodar Məmmədov əməliyyat olunmaq üçün gənc məşqçinin razılığını alıb: “Həkimlər əməliyyatdan 1 həftə sonra məşqlərə başlaya biləcəyimi deyirlər. Belə vəziyyətdə də oynaya bilərəm. Ancaq zədənin böyüməməsi üçün əməliyyat olunmağım yaxşıdır. Baş məşqçi Qurban Qurbanovla məsləhətləşmədən sonra əməliyyat olunmağa qərar aldım. Onsuz da mövsümün sonudur. Fikrim var ki, əməliyyat olunub, U-21 təlim-məşq toplanışınadək hazır vəziyyətdə olum”.
O milli komandamızın baş məşqçisi Berti Foqtsun seleksiya xarakterli təlim-məşq toplanışında yer almamasına da aydınlıq gətirib: “Foqtsun nizam-intizama nə qədər böyük əhəmiyyət verdiyini bilirəm. Səncə, mən nəsə intizamsız hərəkət edə bilərəm? Berti Foqts məni hesabdan silib. Ona görə də mənə dəvət göndərmir”.

0
0