“Zədəm yox, fiziki gücüm də yerində, amma...”
15.04.2010 - 23:04
“Hər oyuna necə hazırlaşırıqsa, “Qarabağ”la görüşə də o cür hazırlaşırıq. “Qarabağ”ın Quzanlıda keçirdiyi oyunlarda məğlub olmadığını bilirik. Ancaq hər seriyanın bir sonu var. Biz rəqibin bu uğurlu seriyasına son qoymağa çalışacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Bəxtiyar Soltanov deyib.
Son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən Soltanov bunun baş məşqçinin seçimi olduğunu bildirib: “Zədəm yox, fiziki gücüm də yerində, amma əsas heyətdə yer almamağım baş məşqçinin seçimidir. Mən də bu seçimə hörmətlə yanaşıram. Heyətdəki yerimi qaytarmaq üçün səylə çalışıram”.
Futbolçu komandasının son oyunlarda əldə etdiyi nəticələrdən danışaraq, çempionluq yarışının son tura qədər davam edəcəyini vurğulayıb: “Hər komandanın olduğu kimi, bizim də çempion olmaq şansımız var. Məncə, “Qarabağ”la görüşdən çox şey asılı olacaq. Düzdür, mən oynamayacağam, amma meydana çıxacaq komanda yoldaşlarım “Bakı”nın adına layiq mübarizə aparacaqlar. Nədənsə, baş məşqçi mənim adımı “18-liyə” salmayıb. Çox güman ki, Quzanlıya getməyəcəyəm. Əgər qələbə qazansaq, şansımız xeyli artacaq”.
Soltanov klubdakı baş məşqçi dəyişikliyinə də münasibət bildirərək Bülənt Qorxmazın gedişindən sonra taktiki baxımdan dəyişiklik olduğunu deyib: “Açığı elə ciddi dəyişiklik olmayıb. Təkcə, oyun üslubunda müəyyən dəyişiklik gözə çarpır. Bülənt Qorxmazın vaxtında başqa taktika ilə oynayırdıq, indi fərqli taktika ilə mübarizə aparırıq”.

0
0