Məşhur hollandiyalı məşqçi Azərbaycana gələsi olmadı
16.04.2010 - 09:53
Məşhur hollandiyalı məşqçi Azərbaycana gələsi olmadı
Tanınmış holland məşqçi Dik Advokatın Azərbaycana gəlməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis milli komandamızın Avro-2012-də rəqibi olan Belçika yığmasının baş məşqçi postundan istefa verib.

Belçika Futbol İttifaqı xəbəri rəsmən təsdiqləyib: “Dik Advokat artıq baş məşqçimiz deyil. Prezidentimiz Fransua de Kersmaker Advokatın müqaviləsini dərhal pozması haqda məlumatlanıb. Bununla əlaqədar onun hüquqşünası ilə əlaqə saxlayacağıq. Məşqçimizin bəyanatından sonra çaşqınlıq içərisindəyik və hər hansı şərh vermək istəmirik”.

Qərarının çox emosional və haradasa xoşagəlməz olduğunu etiraf edən Advokatın fikrincə, bunu uzatmaq olmazdı: “Etiraf edirəm ki, son vaxtlar Rusiya Futbol İttifaqının nümayəndələri ilə əlaqələrim olub. Onlar xidmətində ciddi maraqlı olduqlarını bildirib. Belçika yığmasından gedirəmsə, bunu indi etməyi qərara aldım. Hər halda, federasiyaya vaxt vermək lazımdır ki, Avro-2012-də yığmanın baş məşqçi postuna layiqli namizəd tapsın”.

Qeyd edək ki, milli komandamız Belçika yığması ilə gələn ilin martın 29-da səfərdə, sentyabrın 2-də evdə görüşəcək.