“Real” Kərim Benzemanı ziyanla satır
16.04.2010 - 10:01
“Real” mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Kərim Benzemanı satmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 35 milyon funt-sterlinqə alınan fransız futbolçuya iki dəfədən də az qiymət qoyulub. Onu əldə etmək istəyən klub cəmi 17 milyon funt-sterlinq xərcə düşməlidir.
İspaniya mətbuatının yaydığı məlumata görə, Benzemanı növbəti mövsüm “Mançester Yunayted” və ya “Milan” heyətinə qata bilər. Onların fikrincə, hücumçuları tez-tez zədələnən “qırmızı şeytanlar” fransalı futbolçunun transferində daha maraqlıdırlar.

0
0