XXVIII tur “Karvan”ın I diviziona düşməsini rəsmiləşdirə bilər
16.04.2010 - 10:42
Yevlaxın “Karvan” klubunun Unibank Premyer Liqasını tərk etməsi növbəti turda rəsmiləşə bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün XXVIII turda Yevlaxla yanaşı, Salyandakı oyunun nəticəsi də önəmlidir.
Turnir cədvəlinin son pilləsində qərarlaşan “Karvan” sabah evdə “Simurq”a uduzacağı halda, bir gün sonra “Muğan” – “Turan” görüşünün nəticəsini gözləməlidir. I diviziona düşməsi böyük ölçüdə həll olunan Yevlax təmsilçisi Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Muğan”dan 11 xal geridədir. “Muğan” yalnız qələbəsi müqabilində rəqibini I diviziona yola salacaq. Çünki bu halda salyanlılar sona 4 tur qalmış 14 xal üstün olduğu “Karvan” üçün əlçatmaz olacaq.
Ancaq “Muğan”ın heç-heçə etməsi yevlaxlıların şansını saxlayacaq. Çünki 12 xal fərqi 4 turda aradan qaldırmaq nəzəri cəhətdən mümkündür. Ən əsası, “Karvan”la “Muğan”ın öz aralarındakı oyunu qalıb. İndiyədək 3 görüşdən ikisi heç-heçə bitib, birində isə “Muğan” qalib gəlib. Deməli, “Karvan” qələbə qazanarsa, şəxsi oyunlarda tarazlıq yarada bilər.
Qeyd edək ki, “Karvan” 2004-cü, “Muğan” 2008-ci ildən güclülər dəstəsində çıxış edir.

0
0