Premyer Liqanı tərk edən klublara kompensasiya ödənəcək
16.04.2010 - 10:50
İngiltərə Premyer Liqasında çıxış edən klublar aşağı dəstəyə yuvarlanana ödənəcək kompensasiyalara yenidən baxılması məsələsini qaldırıb. Apasport.az saytının məlumatına görə, elitada daha yüksək qazanclara və xərclərə öyrəşən komandaların “Çempionşip”ə düşdükdən sonra müflisləşməməsi üçün ödənən kompensasiyaların məbləği və müddəti artırılacaq.
İndiyədək Premyer Liqa həmin klublara 2 il müddətində yardım edirdi. Təşkilatçılar onlara güzəşt edərək, ilk iki ildə komandanın oyunlarının televiziya yayımından gələn gəlirlərin 50 faizini kluba verəcək. Növbəti iki ildə isə bu rəqəm 25 faizə endiriləcək. Bu hesablama ilə dördillik yardımın təxminən 48 milyon funt sterlinq olacağı ehtimal olunur.

0
0