Ramiz Məmmədov: Əgər istəyimizə çatmasaq, taleyimizdən küsməliyik
16.04.2010 - 11:43
“Çempionatda mübarizə həlledici mərhələyə qədəm qoyur. Bu mənada “altılığ”ın II dövrəsinin daha gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Sabah “Xəzər-Lənkəran”la oyunda 3 xalın bizə nə verdiyini hamımız yaxşı başa düşürük”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
I dövrədə səfərdə “Xəzər-Lənkəran”a böyük hesabla məğlubiyyətin (1:4) təsadüfi olduğunu isbatlamaq istəyən 42 yaşlı çalışdırıcı, eyni zamanda məğlubiyyətsiz oyunların davamını gözləyir: “Biz bu uğurlu seriyanı lənkəranlılarla oyunda da davam etdirmək istəyirik. Fikrimcə, rəqibin ötən tur məğlubiyyəti işimizi çətinləşdirəcək. Çünki çempionluğa iddialı “Xəzər-Lənkəran” bizimlə oyuna xüsusi köklənib. Qalib gəlmək üçün bütün gücünü meydanda qoyacaq. Ancaq bu bizi çəkindirmir. Əgər istəyimizə çatmasaq, taleyimizdən küsməliyik”.
“Qəbələ” tarixində “Xəzər-Lənkəran”ın öz meydanında məğlub edə bilməyib. Ancaq Məmmədovu bu uğursuz statistika narahat etmir: “Statistikaya qalsa, biz “Neftçi”ni də səfərdə uda bilmirdik. Ancaq “altılıq”da buna nail olduq. Biz statistikaya fikir vermirik. Bizi heç maraqlandırmır da”.
Baş məşqçini “Xəzər-Lənkəran”da təcrübəli həmkarı Ağasəlim Mircavadovla növbəti sınaq gözləyir. Məmmədov vaxtilə rəhbərliyi altında oynadığı 63 yaşlı Mircavadovun cəza üzündən texniki zonada kənarda qalmasını özü üçün üstünlük saymır: “Məncə, bunun mənası, faydası yoxdur. Onsuz da Mircavadov yenə baş məşqçidir, komandanı oyuna hazırlaşdırır. Start heyətini də özü açıqlayacaq. Oyunu kənardan izləsə də, texniki zonada rəhbərlik etdiyi məşqçilər korpusunun üzvləri olacaq”.

0
0