İsmayıl Məmmədov: Mahmud, gözlə gəlirəm!
16.04.2010 - 11:51
Azərbaycan yığmasının sabiq futbolçusu İsmayıl Məmmədov sabah əlamətdar hadisənin səbəbkarı olacaq. Apasport.az saytının məlumatına görə, “Karvan” klubunun 34 yaşlı kapitanı üçün Unibank Premyer Liqasının XXVIII turu xüsusi önəm daşıyır.
Yevlaxda “Simurq”a qarşı keçiriləcək görüş Məmmədovun milli çempionatlar tarixində yubiley - 350-ci oyunu olacaq. 1992-ci ildə keçirilən ilk ölkə birinciliyinin də iştirakçısı olmuş yarımmüdafiəçi 18 il ərzində doğulduğu Sumqayıtın “Xəzər” və “Gənclərbirliyi”, habelə MOİK, “Şəmkir”, “Qarabağ”, “Neftçi”, “İnter”, “Standard”ın şərəfini qoruyub. 9 klubda üst-üstə 349 oyun keçirən İsmayıl “350” səddini aşan 4-cü futbolçu kimi tarixə düşəcək.
İndiyədək yalnız Mahmud Qurbanov, Aslan Kərimov və Aqil Məmmədov buna nail olub. Həmsoyadı kimi, 350-ci oyununu “Karvan”da keçirən Aqil ötən ilin sonunda karyerasını bitirib. Digər iki veteranın isə 37 yaşı var. Bu, yubilyarın siyahıda daha da irəli getməsinin mümkünlüyünə zəmin yaradır. Ancaq “Karvan”ın aşağı dəstəyə düşməsinin böyük ölçüdə həll olunduğundan, İsmayıl komandasını dəyişməlidir.
Milli çempionatda ən çox oyun keçirənlər

1 | Mahmud Qurbanov | 390 |
2 | Aslan Kərimov | 372 |
3 | Aqil Məmmədov | 360 |
4 | İsmayıl Məmmədov | 349 |
0
0