“Qəbələ”də zədə epidemiyası qurtarmır
16.04.2010 - 12:12
“Qəbələ” klubunda futbolçuların zədə epidemiyası davam edir. Komandanın baş məşqçisi Ramiz Məmmədov apasport.az saytına açıqlamasında Unibank Premyer Liqanın XXVIII turunda “Xəzər-Lənkəran”la sabahkı oyun öncəsi də heyətlə bağlı itkilərinin olduğunu bildirib.
Məmmədovu daha çox ukraynalı bombardiri İqor Melnikin durumu narahat edir: “Zədəlilərimiz həmişə olduğu kimi var. Bu səbəbdən “Xəzər-Lənkəran”la oyunda İqor Melnik, Maksim Skoroxodov, Namiq Əliyev və Veliçko Veliçkovun xidmətindən istifadə edə bilməyəcəyik. Ukraynaya yolladığımız Melnikin zədəsi ciddi olduğu üçün cari mövsümdə meydana çıxması bilinmir. Bununla belə, ümidimizi itirmirik. Heç olmasa son 1-2 oyunda meydana çıxa bilsəydi, yaxşı olardı”.
Qeyd edək ki, Melnik vurduğu 6 qolla “Qəbələ”nin cari çempionatda bombardiridir.

0
0