“Altılığ”ın həlledici mərhələsinə start: qisas, tamaşa və gənclik
16.04.2010 - 12:54
“Altılığ”ın həlledici mərhələsinə start: qisas, tamaşa və gənclik
Sabah Unibank Premyer Liqasının final mərhələsində II dövrə startı götürəcək. Apasport.az saytının məlumatına görə, XXVIII turun oyunları iki günə bərabər sayda paylanıb və bütün qarşılaşmalar eyni saatda başlayacaq.

“Qəbələ” “Xəzər-Lənkəran”dan “altılığ”ın I dövrəsindəki böyük hesablı məğlubiyyətin qisasını almağa çalışacaq. Bundan əlavə, qəbələlilərin evdə rəqibini heç vaxt məğlub edə bilməməyi də görüşün prinsipiallığını artırır. Təbii ki, cənub təmsilçisinin ötən tur uduzması çempionluq mübarizəsini davam etdirmək üçün mütləq qələbə qazanmağa sövq edir. “Qəbələ” Lənkərandakı məğlubiyyətdən sonra inamlı çıxışı sayəsində avrokuboklara şansını saxlayır. Meydan sahiblərinin qələbəsi medallar uğrunda mübarizəyə əlavə rəng qatacaq.

Ağdamda Premyer Liqanın ən gənc baş məşqçiləri görüşəcək. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov (38 yaş) ən gənc yerli, onun “Bakı”dakı türkiyəli həmkarı Cüneyt Biçər (35 yaş) isə ümumiyyətlə, ən gənc çalışdırıcıdır. Maraqlıdır ki, son ölkə çempionunu “Qarabağ”la cari mövsümdə görüşə hər dəfə bir məşqçi çıxarıb. Bunlar Nazim Süleymanov, Bülənt Korkmaz və Məqsəd Yaqubəliyevdir. Sabiq baş məşqçi Bülənt Korkmaz ağdamlılarla son oyunda cəzalı olduğu üçün kənarda qalmışdı.

Turnir cədvəlində qonşu olan “Bakı” ilə “Qarabağ”ı cəmi 1 xal ayırması nəticənin nə qədər önəmli olduğunu göstərir. Çempionluq şansını saxlayan komandalar hazırda 3-cü yer uğrunda gərgin mübarizə aparırlar.

“Neftçi” və “İnter” cari mövsümdə son dəfə görüşəcəklərsə, bu, başqa cütlərdə olduğu kimi, 4-cü oyun olmayacaq. Məsələ ondadır ki, paytaxt klubları Azərbaycan kubokunun 1/4 finalında da üzləşib və deməli, 6 hissəli tamaşanın son pərdəsi olacaq. “Neftçi”ni kubokdan hər iki oyunda qalib gəlməklə kənarlaşdıran “İnter” vahid lider olsa da, “altılıq”da uğurlu oynamır. Təsadüfi deyil ki, yalnız bir oyunda qələbə qazanan “bankirlər” qalan görüşləri 1:1 hesablı heç-heçə ilə başa vurub və 8 xal itirib. Növbəti büdrəmə artıq liderliyin əldən çıxması bahasına başa gələ bilər. “Neftçi” isə bürünc medal və avrokuboklara çıxmaq şansını saxlamaq üçün “İnter”i mütləq yenməlidir.

17 aprel

16:00. "Qəbələ" - "Xəzər-Lənkəran"

Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
Cari çempionatda oyunlar – 1:1, 0:1 və 1:4

16:00. "Qarabağ" - "Bakı"
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatda oyunlar – 1:0, 0:0 və 0:2

16:00. "Karvan" - "Simurq"
Yevlax. Şəhər stadionu
Cari çempionatda oyunlar – 2:0, 2:3 və 0:0

18 aprel

16:00. "Standard" - "Olimpik-Şüvəlan"

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari çempionatda oyunlar – 0:1, 0:2 və 2:1

16:00. "Muğan" - "Turan"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatda oyunlar – 2:3, 0:1 və 2:1

16:00. "Neftçi" - "İnter"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari çempionatda oyunlar – 2:1, 0:1 və 1:1

komandalar

o

q

h

m

t

x

1

"İnter"

15

6

6

3

16-14

24

2

"Xəzər-Lənkəran"

15

5

7

3

14-8

22

3

"Bakı"

15

5

5

5

13-12

20

4

"Qarabağ"

15

4

7

4

11-12

19

5

"Neftçi"

15

3

7

5

9-11

16

6

"Qəbələ"

15

3

6

6

14-20

15

7

"Simurq"

15

7

5

3

18-13

26

8

"Olimpik-Şüvəlan"

15

7

4

4

23-15

25

9

"Turan"

15

6

5

4

22-19

23

10

"Muğan"

15

5

5

5

10-10

20

11

"Standard"

15

5

3

7

16-20

18

12

"Karvan"

15

1

6

8

10-22

9


Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12; Adrean Neaqa (Neftçi) - 11