“Real” Runini 102 milyon avroya alır
16.04.2010 - 13:12
“Real” Runini 102 milyon avroya alır
İspaniyanın “Real” klubu İngiltərə yığmasının futbolçusu Ueyn Runini transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi 25 yaşlı hücumçu üçün 102 milyon avrosundan keçməyə hazırdır.

“Mançester Yunayted”də oynayan Runini heyətinə qatmaq arzusu “Real”ın növbəti dəfə rekord müəyyənləşdirməsi ilə nəticələnəcək. Belə ki, Runi İspaniyaya “köçəcəyi” halda, futbol tarixinin ən bahalı oyunçusuna çevriləcək.

Hazırkı rekord ötən yay “Mançester Yunayted”i “Real”a dəyişən Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalının keçidi ispanlara 94 milyon avroya başa gəlmişdi. Keçid baş tutarsa, Runinin həftəlik maaşı 285 min avro olacaq.