Elvin Məmmədov 5 qələbə arzusunda
16.04.2010 - 14:46
“Bakı” ilə oyuna bütün qarşılaşmalara olduğu kimi hazırlaşırıq. Bu görüşdən istədiyimiz nəticə ilə ayrılmağa çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədov deyib.
21 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XXVIII turu ərəfəsində keçirilən yığmanın təlim-məşq toplanışının Ağdam təmsilçisinə təsir etmədiyini düşünür: “Düzdür, milli komandanın bu həftə keçirilən təlim-məşq toplanışından qayıtmışıq. Lakin bunun komandaya, oyunumuza təsiri yoxdur. Dünəndən “Qarabağ”ın düşərgəsindəyik. Bir az yorğunluq var idi. Bu da yol yorğunluğu idi. İndi hər şey qaydasındadır”.
Məmmədov “Bakı” ilə Ağdamda keçiriləcək görüşdəki qələbənin zəruriliyini də yaxşı başa düşür. Lakin o, təkcə bu yox, digər matçlarda da qələbə qazanmaq haqda düşünür: “Bakı” “altılıq”dadırsa deməli, yaxşı komandadır. Bizim üçün vacib olanı öz oyunlarımızı udmaqdır. Hələ 5 tur var. Kimin birinci, ikinci, ya da üçüncü olacağını bilmək olmaz. “Neftçi” bütün oyunlarını udub, irəliləyə, və ya başqa birisi geriləyə bilər. Bu səbəbdən də oyunlarımızı udmalıyıq. Hər şeyə sonda aydınlıq gələcək”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” - “Bakı” oyunu saat 16:00-da başlayacaq.

0
0