Zaur Tağızadə 90 dəqiqə oynamağa hazır deyil
16.04.2010 - 14:55
“Zaur Tağızadə tam oynamağa hələ hazır deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Əsədov vaxtilə bir yerdə oynadığı, hazırda çalışdırdığı komandanın kapitanı olan Zaur Tağızadənin ağır zədədən sonra tam hazır saymır. Onun fikrincə, 6 ay yaşıl meydandan kənarda qalan, yalnız son turda “Qarabağ”la görüşdə ikinci hissənin ortasında meydana çıxan 31 yaşlı yarımmüdafiəçinin formasının bərpası üçün vaxt lazımdır: “Zaurun əsas heyətə qayıdışının “İnter”lə oyunda olacağını dəqiq deyə bilmərəm. Hər halda, start heyətini indidən açıqlamıram. Tağızadə indi 90 dəqiqə yox, bundan az oynamağa hazırdır. “İnter”lə oyun öncəsi heyətdə itkilərimiz var. Braziliyalı Joze Karlos, Samir Əliyev, Tural Nərimanov, Eşqin Quliyev zədəlidir. Bildiyiniz kimi, Araz Abdullayev isə 19 yaşlılardan ibarət yığma komandamızın heyətində Türkiyədə Avropa çempionatının oyunlarında iştirak edir”.
Əsədov çempionatımızın da bombardirlərindən olan Adrean Neaqanın sağlıq durumunda problem yarandığını söyləyib. Belə ki, rumın hücumçu soyuqladığı üçün məşqi buraxmalı olub: “Neaqanın qızdırması var. Dünən hərarəti yüksək idi. Bu gün məşqdə vəziyyətinə baxacağıq. Adreanın meydana çıxmasına “İnter”lə oyun öncəsi aydınlıq gələcək”.
Qeyd edək ki, son günlərdə milli komandamızın təlim-məşq toplanışında olan müdafiəçilər Ruslan Abışov, Rail Məlikov və yarımmüdafiəçi Cavid Hüseynov “Neftçi”nin düşərgəsinə qayıdıb.

0
0