“Qalatasaray”ın növbəti transferi “Beşiktaş”dan oldu - FOTO
16.04.2010 - 15:10
“Qalatasaray”ın növbəti transferi “Beşiktaş”dan oldu - FOTO
“Qalatasaray” mövsüm bitməmiş “transfer bombası”nı partlatmaqda davam edir. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Beşiktaş”dan hücumçu Semih Şəntürkün ardınca, “Beşiktaş”ın sağ cinah yarımmüdafiəçisi Sərdar Özkanın keçidini həll edib. Bununla da “Qalatasaray” əzəli rəqiblərinə zərbə vurmaqda davam edir.

Hər halda, “Fənərbaxça” kimi “Beşiktaş” da çempionluq mübarizəsində həmişə prinsipial rəqib olub. Cəmi 23 yaşı olan, Türkiyədə ən istedadlı futbolçulardan sayılan Sərdarla “2+1” sistemi ilə müqavilə bağlanıb.

“Beşiktaş” müqaviləsi bitən Özkana aşağı məbləğ təklif etməklə, gedişinə şərait yaradıb. “Qalatarasay”ın vitse-prezidenti Haldun Üstünəllə meneceri Adnan Sezgin bu fürsətdən yararlanıb, keçidi həll edib. Onlar Sərdara “Bizdə rahat olarsan. Haqqını da alarsan” - deməklə, işi yerindəcə bitirib.

Qeyd edək ki, “Qalatasaray” ötən mövsümün sonunda “Beşiktaş”dan müdafiəçi Gökhan Zanı transfer etmişdi.